Prezidentimizə təbrik məktubları gəlməyə davam edir - YENİLƏNİB
Şri-Lanka Prezidenti Ranil Vikramasinqhedən:
"Əlamətdar bayram – ölkənizin Müstəqillik Günü münasibətilə Şri-Lanka hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında xoş mərama və qarşılıqlı anlaşmaya əsaslanan sıx və mehriban münasibətlər mövcuddur. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı rifahı naminə növbəti illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
* * *
18:44
Yunanıstan Prezidenti Katerina Sakellaropuludan:
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.
BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsinə və beynəlxalq hüquqa hörmətə əsaslanaraq ölkələrimiz arasında qarşılıqlı fayda naminə əməkdaşlığın və dialoqun genişlənəcəyinə ümid edirəm.
Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyini xahiş edirəm".
* * *
18:05
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayid Al Nəhyandan:
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
* * *
Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
* * *
Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirin müavini Şeyx Mənsur bin Zayid Al Nəhyandan:
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
* * *
30.05.2024 - 19:42
Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahdan:
"Dost ölkənizin milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı inkişafını diləyirəm.
Hörmətli cənab Prezident, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah arzulayıram".
* * *
Bəhreyn vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən:
"Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
* * *
Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Liviya Dövləti ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu vurğulayıram.
Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqının tərəqqisinə və firavanlığına yönələn səylərinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramını qəbul etmənizi xahiş edirəm".
* * *
19:21
Filippin Prezidenti Ferdinand Romualdez Markosdan:
"Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Siz sülh, tərəqqi və xalqın firavanlığı üçün yorulmadan çalışdığınız bir vaxtda biz bu əlamətdar hadisəni və ölkənizin nailiyyətlərini qeyd etməkdə Azərbaycan xalqına qoşuluruq.
Qoy, Filippin və Azərbaycan arasında tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə inkişaf etməkdə davam etsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
* * *
19:11
Kanadanın General-Qubernatoru Meri Saymondan:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.
Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirməyi davam etdirmək əzmindədir. İkitərəfli müsbət əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərlə bağlı birgə səylərimizlə daha da möhkəmlənir. Həmçinin Kanada demokratik inkişaf və rifah kimi dəyərlərin Cənubi Qafqazda sülhü möhkəmləndirəcəyinə qəti şəkildə inanır.
Kanada bu ilin sonunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.
Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".
* * *
İrlandiyanın Prezidenti Maykl Higginsdən:
"Milli bayramınız – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İrlandiya xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox firavanlıq və xoşbəxtlik gətirsin!"
* * *
18:47
Qətər Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Sanidən:
"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə cansağlığı, rifah, qardaş ölkənizə və onun xalqına isə daha çox tərəqqi və firavanlıq arzu edirəm".
* * *
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sanidən:
"Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına daha çox rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram".
* * *
Seneqal Prezidenti Bassiru Diomaye Fayedən:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hazır olduğumu və Zati-alinizə yüksək ehtiramımı bildirirəm".
* * *
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yaqub Ərikəldən:
"Sizi 28 May - Müstəqillik Günü münasibətilə Türk Dünyası Mediatorlar Birliyi və bütün türkdilli dövlətlərin mediatorları adından təbrik edirəm. Sizin sayənizdə Can Azərbaycanımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək tarixi nailiyyət qazandı.
Sizin andiçmə mərasimində söylədiyiniz “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləriniz bizi səmimi-qəlbdən duyğulandırdı və Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti üçün böyük bir motivasiya oldu. Qalib ölkənin Lideri kimi söylədiyiniz bu sözlər bizim üçün strateji yol xəritəsidir və əsas fəaliyyət xəttimizi müəyyən edir. Bu gün bütün Türk dünyası mediatorlarının sevə-sevə təkrarladığı bu sözlər bizim üçün böyük bir şüardır. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Sizin Türk dünyası, türk dövlətləri ailəsi üçün müəyyən etdiyiniz strateji xətt bundan sonra yüz illər boyu böyük işlərin həm təməli, həm də davamıdır.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin minnətdarlığımızı bildirirəm. Gördüyünüz böyük işlər özündən sonra milyonlarla yol, cığır açır. Biz Türk Dünyası Mediatorlar Birliyi olaraq Türk dünyası yolunda cızdığınız xətlə peşə istiqamətimiz üzrə addımlayırıq.
Azərbaycanın suverenliyinin və müstəqilliyinin əsas atributlarından biri olan ərazi bütövlüyünün Sizin komandanlığınızla bərpa olunması azərbaycanlı qardaşlarımızın qürur duyduğu çox önəmli tarixi hadisədir. Sizinlə bütün Türk dünyası qürur duyur.
Sizi bir daha səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə yeni uğurlar diləyirik".
* * *
29.05.2024 - 19:58
Estoniya Prezidenti Alar Karisdən:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvaram ki, Estoniya ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə daha da dərinləşəcəkdir. Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər ən böyük dəyərdir, xüsusən də Ukraynada və Yaxın Şərqdə gedən müharibələrin bütün dünyaya dağıdıcı təsirini davam etdirdiyi və dünyada digər çoxsaylı böhranların yaşandığı bir vaxtda. Bu xüsusda ədalətli və davamlı sülhə doğru irəliləmək, eləcə də digər qlobal çağırışlarla mübarizə aparmaq üçün əməkdaşlığımız həmişəkindən daha vacibdir.
Hörmətli Prezident, xahiş edirəm, mənim ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin".
* * *
19:52
İraq Baş naziri Məhəmməd Şiya əs-Sudanidən:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, həmçinin İraq Respublikasının hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.
Zati-aliləri, Sizə davamlı uğurlar və xoşbəxtlik, Azərbaycan hökumətinə tərəqqi, xalqına isə firavanlıq arzulayıram.
Ən dərin hörmət və ehtiramla".
* * *
Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörlidən:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransına ev sahibliyi etməkdə sizə uğurlar arzulayıram.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri növbəti illərdə də inkişaf etməkdə davam edəcək".
* * *
19:36
Oman Sultanı Heysəm bin Tariq Al Səiddən:
"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
* * *
Polşa Prezidenti Andjey Dudadan:
"Müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü münasibətilə Polşa Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə, eləcə də bütün Azərbaycan vətəndaşlarına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Polşa ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinə, eləcə də ümumi qəhrəmanlarımızın - general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə istinad edərək Sizi əmin etmək istərdim ki, Polşa həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatların forumlarında, həm də Avropa İttifaqı çərçivəsində qardaş xalqlarımız üçün faydalı əməkdaşlığın bütün sahələrini əhatə edən əlaqələrimizin daha da inkişafına daim sadiqdir.
Azərbaycan Respublikası bizim üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı imzalanmış Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Polşa iqtisadi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində və ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıdır".
* * *
Slovakiya Baş naziri Robert Fitsodan:
"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi öz adımdan, həmçinin Slovakiya Respublikasının vətəndaşları adından təbrik edirəm.
Bu yaxınlarda ölkənizə rəsmi səfərim zamanı səmimi qəbula və səmərəli müzakirələrimizə görə Sizə təşəkkür edirəm. Birgə səylərimizin əməkdaşlığımızın daha da dərinləşməsinə və yeni sahələrdə genişlənməsinə töhfə verməsi məni ürəkdən sevindirir. Əminəm ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və xalqlarımıza rifah gətirəcəkdir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək bu yaxınlarda mənə qarşı törədilmiş sui-qəsdlə əlaqədar dəstəyinizə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Mən yalnız Azərbaycan Respublikasının ən yüksək səviyyəli nümayəndələrinə deyil, həmçinin mənə və bütün Slovakiya xalqına həmrəylik ifadə edən Azərbaycan vətəndaşlarına ürəkdən təşəkkür edirəm.
İnanıram ki, səhhətim Sizi Slovakiyada şəxsən qarşılamağa imkan verəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
* * *
Rusiyanın Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan:
"Sizi və qardaş Azərbaycan xalqını milli bayram – müstəqilliyin
106-cı ildönümü münasibətilə təbrik edirəm.
Azərbaycan Respublikasının ötən onilliklər ərzində qazandığı uğurlar ölkə rəhbərliyinin seçdiyi və ümummilli dəstək alan, respublikanın beynəlxalq arenada nüfuzunun artmasının əsasına çevrilən kursun düzgünlüyünü təsdiq edir.
Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, etimad və tərəfdaşlıq ab-havası birləşdirir. Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış əlaqələr qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsinin mühüm amilidir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
* * *
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviçdən:
"Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da sürətli inkişafı naminə ən xoş arzularımı bildirirəm.
Əminəm ki, ikitərəfli münasibətlərimiz ümumi maraqlara cavab verən bütün sahələrdə dostluq ruhunda inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
AzVision.az
Teqlər: Prezident 28-May təbrik