Moskvada güclü yanğın lokallaşdırılıb

 Moskvada güclü yanğın lokallaşdırılıb
  30 May 2024    Oxunub:496
Moskvanın şərqində çoxmərtəbəli sənaye və anbar binasında baş verən güclü yanğın lokallaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının söndürülməsinə nazirliyin 200 əməkdaşı, 40-dan çox texnika və yanğınsöndürən helikopterlər cəlb edilib.

Məlumata görə, yanğın 4 min m² sahəni əhatə edib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti