İrəvanda polislə etirazçılar arasında toqquşmalar başlayıb - Video

   İrəvanda polislə etirazçılar arasında toqquşmalar başlayıb -    Video
  30 May 2024    Oxunub:905
İrəvanda Respublika meydanında “Vətən uğrunda Tavuş” hərəkatının etirazçıları ilə polis arasında gərgin vəziyyət yaranıb.
Təhlükəsizlik qüvvələri etirazçıları meydanın mərkəzindəki mozaik xalçanın üzərinə itələməyə çalışıb. Bu isə etirazçılarla polis arasında toqquşmaya səbəb olub.

Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını təxribatlara uymamağa və hazırda baş nazir Nikol Paşinyanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasının keçirildiyi hökumət binasına getməyə çağırıb.

Əraziyə polis qüvvələri ilə yanaşı hərbçilər də cəlb olunub.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti