Ermənistanda etirazçılar polisləri döydülər - Video

   Ermənistanda etirazçılar polisləri döydülər -    Video
  30 May 2024    Oxunub:1140
Ermənistan Daxili İşlər Nazirliyi Respublika meydanında bəzi etirazçıların polis əməkdaşlarına hücum etdiyini bildirib.
"Polis qanunla müəyyən edilmiş funksiyalarını yerinə yetirməkdə davam edir. İstənilən qanunsuz hərəkətə müvafiq cinayət-hüquqi qiymət veriləcək", Ermənistan DİN-in məlumatında bildirilir.

Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını qanunu pozmamağa və polisin qanuni tələblərinə tabe olmağa çağırıb.

Qeyd edək ki, mayın 30-da səhər saatlarında “Vətən uğrunda Tavuş” hərəkatının etirazçıları İrəvanın Respublika meydanına toplaşıblar. Etirazçılarla polis əməkdaşları arasında vaxtaşırı toqquşmalar olur.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti