Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq
  30 May 2024    Oxunub:818
Ölkə ərazisində mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 45-55%, gündüz 60-70% olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 29-34 dərəcə isti, bəzi yerlərdə 36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti