Hindistanda dəhşətli istilər can aldı

   Hindistanda dəhşətli istilər can aldı
  30 May 2024    Oxunub:861
Hindistanın 37-dən çox şəhərində bu həftə 45 dərəcədən yuxarı temperatur qeydə alınıb.
AzVision.az xəbər verir ki, ilkin hesablamalara görə, Dehlidə 52,3 dərəcə isti müşahidə edilib.

Bu, Hindistanda indiyə qədər qeydə alınan ən yüksək temperaturdur. Bundan əlavə 3 nəfərin istilər səbəbindən öldüyü qeyd olunub.

Eyni zamanda səlahiyyətlilər şəhərdə su qıtlığının olduğunu və bəzi ərazilərə suyun çatdırılmasının mümkün olmadığını bildiriblər. Suya israf edənlərə cərimə tətbiq edəcəkləri ilə bağlı xəbərdarlıq edilib.

Həmidə İbrahimova

AzVision.az




Teqlər:





Xəbər lenti