Şimali Koreya yenə ballistik raket atdı

   Şimali Koreya yenə ballistik raket atdı
  30 May 2024    Oxunub:791
Şimali Koreya Yapon dənizinə doğru ən azı 10 qısa mənzilli ballistik raket atıb.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı açıqlama verib.

Məlumata görə, raketlər Pxenyanın Sunan bölgəsindən Bakı vaxtı ilə 01:14-də atılıb.

Yaponiya hökuməti də raket sınağını təsdiqləyib. Yaponiyanın baş naziri Fumio Kişida ballistik raket sınaqlarını şiddətlə qınadığını bildirib.

Həmidə İbrahimova

AzVision.az


Teqlər:





Xəbər lenti