Zaxarova: “Bakı da bizimlə həmfikirdir”

      Zaxarova:    “Bakı da bizimlə həmfikirdir”
  30 May 2024    Oxunub:945
"Rəsmi Bakı da Cənubi Qafqazda Qərb qüvvələrinin sabitliyi pozduğunu bildirir". AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Qərbə Cənubi Qafqaz ölkələrininin münasibətləri yoluna qoyması deyil, düşmənçilik etməsi lazımdır.

“Onların nöqteyi-nəzərindən region ölkələri bir-biri ilə əlaqə yaratmamalı, əksinə düşmənçilik etməlidir. Qonşular iqtisadiyyat, ticarət və ya infrastrukturla deyil, bitib-tükənməyən hesablaşmalarla maraqlanmalıdırlar.

Onlar Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər. Düşünürəm ki, bu tendensiyaları Bakıda və digər paytaxtlarda hamı görür. Və biz onlarla bu məsələdə razıyıq”, - Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti