Netanyahu fransızlara Afrikadakı “qanlı toy”u xatırlatdı

   Netanyahu fransızlara Afrikadakı    “qanlı toy”u xatırlatdı
  31 May 2024    Oxunub:1233
İsrailin baş naziri Benyamin Netanyahu Fransanın TF1 telekanalına müsahibəsində bildirib ki, Qəzza zolağında öldürülən yaraqlılarla mülki şəxslərin say nisbəti birin birədir.
Onun sözlərinə görə, bu, müasir hərbi münaqişələr tarixində ən aşağı göstəricilərdən biridir.

"Fransızlar səhvən Malidə toy məclisinin iştirakçılarını öldürüblər, lakin prezident Emmanuel Makronu qatil adlandırmırlar", - İsrailin baş naziri deyib.

Netanyahu 2021-ci ildə Fransa ordusunun Malidə keçirdiyi əməliyyatdan bəhs edir. Hücum toyda iştirak edən 22 nəfərin həyatına son qoyub. BMT-nin araşdırması nəticəsində məlum olub ki, ölənlərdən 19-u mülki şəxsdir. Fransa isə bununla razılaşmır, bildirir ki, hərbçilər cihadçıları məhv edib və ərazidə toy olmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti