Rusiya və Ukrayna əsirləri dəyişdilər - Video

   Rusiya və Ukrayna əsirləri dəyişdilər -    Video
  31 May 2024    Oxunub:1047
Rusiya və Ukrayna əsirləri dəyişdirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildrilib ki, 75 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazidən vətənlərinə qaytarılıb, eyni sayda hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

Onlar Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək üçün hərbi nəqliyyat təyyarələri ilə Moskvaya aparılıb. Hərbçilərə psixoloji yardım göstərilir.

Ölkələr eyni zamanda ölən əsgərlərin meyitlərini də təhvil veriblər. Ukrayna Rusiyaya 45 rus əsgərinin, qarşı tərəf isə Ukraynaya 212 əsgərin cəsədini verib.

Sonuncu dəfə Rusiya və Ukrayna fevral ayında “100-ün 100-ə” formulu əsasında əsir mübadiləsi aparıblar.


Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti