Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb

Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb
  01 İyun 2024    Oxunub:768
İyunun 1-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, mayın 31-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin günün ikinci yarısından hava dəyişmiş, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Düşən yağıntının miqdarı Şahdağ, Tovuzda 5 mm, Daşkəsən, Şəkidə 4 mm, Gəncə, Xınalıq, Qrız, Göygöl, Sədərəkdə 3 mm, Gədəbəy, Qəbələ, Şəmkir, Oğuz, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Ağcabədi, Cəfərxanda 2 mm-dək olub.

Mayın 31-də Göygöl rayonunda saat 23:00-23:03 radələrində diametri 6 mm olan, Daşkəsən rayonu Aşıqlı və Çaylı kəndlərinə isə xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35, Naxçıvan MR-da 32-37, Aran rayonlarında 31-36, dağlıq rayonlarda 18-23 dərəcə isti olub.

AzVision.az



Teqlər:





Xəbər lenti