Biləsuvarda narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlandı

Biləsuvarda narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlandı
  01 İyun 2024    Oxunub:1763
Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb.

Ondan ümumilikdə yeddi kiloqramdan artıq heroin, tiryək, həşiş qatranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti