Layihənin “İçərişəhərin sirli sakini” adlı ilk kitabında uşaqların sağlam düşüncədə böyüməsini təşviq edən bir-birindən maraqlı, ibrətamiz hekayələr yer alıb.
Qeyd edək ki, “SİMART” uşaqlar və yeniyetmələr üçün maraqlı hekayələri, animasiyaları, valideynlər üçün inkişaf proqramlarını təklif edən sağlam inkişaf platformasıdır.
Bu günə qədər “SİMART” çərçivəsində 1000 nəfərdən çox auditoriyanı əhatə edən 10-dan çox tədbir həyata keçirilib, 12 hekayə animasiyalaşdırılaraq layihənin yutub kanalında təqdim edilib.“Libraff”da həyata keçirilən təqdimatda yazıçılar, naşirlər, təhsil və sosial təşəbbüs layihələrinin nümayəndələri iştirak ediblər.
AzVision.az