Türk dövlətləri arasında kibertəhlükəsizlik standartları yaradıla bilər

Türk dövlətləri arasında kibertəhlükəsizlik standartları yaradıla bilər
  01 İyun 2024    Oxunub:1190
Xəbər verdiyimiz kimi, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir.
Forumda "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk dövlətləri Təşkilatlarına üzv dövlətlərin təcrübəsi" panelində beş türk ölkəsinin nümayəndəsi bu sahədəki təcrübələrini bölüşüblər.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov çıxışında Azərbaycanda olduğu kimi türk dövlətlərində də İT sahəsində qadınların rolunun artırılmasını təklif edib:

"Digital Umbrella " şirkətinin təsisçisi və direktoru Ulduzə Xəlilova qadınların İT-də rolunun Azərbaycanda gender bərabərliyində çox böyük uğur əldə etdiyini söylədi. Bunu fəaliyyətimizdə də müşahidə edirik. Bu hərəkat digər dövlətlərdə də qlobal olaraq mövcuddur və inkişaf edir. Ona görə də Ulduzə xanımın qeyd etdiyi rəqəmlərdən yola çıxaraq fürsətdən istifadə edib türk dövlətlərində də qadınların bu sahədə təşkilatlanmasını zəruri hesab edirəm".

Paneldə çıxış edən Türkiyə Respublikası Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzinin (USOM) rəhbəri Mahmut Esat Yıldırım türk dövlətləri arasında kibertəhlükəsizlik standartlarının müəyyən olunmasını təklif edib.

Daha sonra Qazaxıstan Respublikası Dövlət Texniki Xidmətinin İdarə Heyətinin sədr müavini Ulukbəy Şambulov bu sahədən danışarkən kritik infrastruktur sahəsində əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti