60 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO

60 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -    FOTO/VİDEO
  01 İyun 2024    Oxunub:956
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Abşeron rayonunda keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunan 1994-cü il təvəllüdlü Ülvi Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, ondan 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginəşdirilmiş marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin İran vətəndaşı "Hacı" adlı şəxs tərəfindən Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə göndərildiyini və Sabunçu rayonunda əldə etdiyini bildirib.

Ü.Məmmədovun narkotiklərin qalan hissəsini Abşeron rayonu ərazisində gizlətdiyini qeyd edib. Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-texniki tədbirlər zamanı narkotikləri gizlədilən yerdən götürən 2001-ci il təvəllüdlü İlkin Müseyibov da qısa zamanda tutulub. Bu şəxsdən narkotiklərin qalan hissəsi - 28 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Hər iki şəxs narkotikləri maddi qaazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Saxlanılanlar ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AzVision.az


Teqlər: cinayət   narkotika   DİN  





Xəbər lenti