Ölkədə küləkli hava şəraiti davam edir - YENİLƏNİB
Zaqatala rayonuna diametri 5 mm, Gədəbəy rayonunun Maarif, Qaradağ, Arıqdam kəndlərinə 8-10 mm, Düzyurd kəndinə isə 6-8 mm dolu düşüb.
Əvvəlcədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s təşkil edib.
* * *
20:12
İyunun 1-i saat 20:00 üçün məlumata əsasən, öncədən xəbər verilən narıncı xəbərdarlığa uyğun olaraq, Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s, Naftalanda 22 m/s-dir.
Milli Hidrometerologiya Xidmətindən AzVision.az-a bildirilib. ölkədə müşahidə olunan küləkli hava şəraiti iyunun 2-si günün ikinci yarısınadək davam edəcək.
* * *
19:37
İyunun 1-i saat 19:00 üçün məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az-a verilən xəbərə görə, Goranboyun Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Meşəli kəndinə 10-13 mm, həmçinin Şəfəq və Zeyvə kəndlərinə də dolu yağıb.
* * *
18:14
İyunun 1-i saat 17:00 üçün məlumata əsasən, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Mingəçevir, Şəki, Şahdağ, Oğuz, Tərtərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a bildirilib ki, Daşkəsən rayonunda saat 15:53-15:57 radələrində diametri 20 mm, Göygöl rayonu Kərəmli kəndinə saat 16:20-16:24 radələrində 10-12 mm, Göygöl rayonu Şəhriyar kəndinə saat 16:23 radələrində 10-14 mm, Gədəbəy rayonuna isə saat 17:45-18:00 radələrində 6 mm dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 34, Aran rayonlarında 36, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.
AzVision.az