ETSN: "Küləkli hava şəraitində vətəndaşları diqqətli olmağa çağırırıq"

    ETSN:  "Küləkli hava şəraitində vətəndaşları diqqətli olmağa çağırırıq"
  01 İyun 2024    Oxunub:1396
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən, hazırda Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin bəzi rayonlarında güclü küləkli hava şəraiti hökm sürür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AzVision.az -a bildirib ki, küləyin daha da güclənəcəyini nəzərə alaraq, vətəndaşlara ehtiyatlı davranmaq tövsiyə edilir:

"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmamaq, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq lazımdır. Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək, tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın".

AzVision.az


Teqlər: ETSN   hava   külək   müraciət  





Xəbər lenti