İranda ilk dəfə qadın prezidentliyə namizədliyini irəli sürüb

   İranda ilk dəfə qadın prezidentliyə namizədliyini irəli sürüb
  01 İyun 2024    Oxunub:1276
İranda iyunun 28-də baş tutası növbədənkənar prezident seçkilərində iştirak üçün ilk dəfə qadın - sabiq deputat Zöhrə İlahiyan qeydiyyatdan keçib.
AzVision.az xəbər verir ki, namizədlik müraciəti təsdiqlənən Zöhrə İlahiyan Daxili İşlər Nazirliyində mətbuat konfransı keçirib. O, seçki şüarını "Sağlam hökumət, sağlam iqtisadiyyat, sağlam cəmiyyət" kimi diqqətə çatdırıb.

2008 və 2020-ci illərdə İran parlamentinin deputatı seçilmiş 56 yaşlı xanım İlahiyan parlamentin insan hüquqları komissiyasının sədri vəzifəsində çalışıb. 2023-cü ilin fevralında Avropa İttifaqının sanksiyalarına tuş gəlib.

Beləliklə, İranda prezident seçkilərinə namizədlərin sayı 17-ə çatıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   prezident   seçkilər   namizəd  





Xəbər lenti