Bakı metrosunda sərnişin ölüb - Yenilənib

   Bakı metrosunda sərnişin ölüb -    Yenilənib
  02 İyun 2024    Oxunub:1149
Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bu barədə AzVision.az -a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.
****
Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.
***
Metronun "28 May" stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.

AzVision.az


Teqlər:





Xəbər lenti