Əhmədinejad İran prezidenti olmaq istəyir

   Əhmədinejad İran prezidenti olmaq istəyir
  02 İyun 2024    Oxunub:816
İranın sabiq prezidenti Mahmud Əhmədinejad növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Bu barədə TASS yerli KİV-ə istinadən xəbər verir.
“Mən əminəm ki, ölkənin bütün problemlərini milli potensialdan maksimum istifadə etməklə həll etmək olar”, - deyə siyasətçi sənədlərini seçki qərargahına təqdim etdikdən sonra keçirdiyi qısa mətbuat konfransında bildirib.

Mayın 30-da İranda 14-cü prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb. Bu, iyunun 3-dək davam edəcək. Növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.

Xatırladaq ki, mayın 19-da Şərqi Azərbaycan əyalətində prezident İbrahim Rəisinin, xarici işlər nazirinin və bir sıra dövlət rəsmilərinin olduğu helikopter qəzaya uğrayıb. Təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti