93 yaşında Abramoviçin keçmiş qayınanası ilə evləndi

 93 yaşında Abramoviçin  keçmiş qayınanası ilə evləndi
  02 İyun 2024    Oxunub:1633
Amerikalı media maqnat Rupert Merdok 93 yaşında rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib. Bu barədə Sun tabloid nəşri məlumat yayıb.
“93 yaşlı Merdok bir neçə aylıq görüşdən sonra 67 yaşlı təqaüdçü molekulyar bioloq Yelena Jukova ilə evləndi”, – qəzet yazır.

Qeyd edilir ki, cütlüyün toyu Kaliforniyada Merdokun üzüm bağında yaxınlarının iştirakı ilə baş tutub.

Maqnat yeni xanımı ilə üçüncü həyat yoldaşı Vendi Denq vasitəsilə tanış olub. O Yelena Jukovanın qızı Daria ilə dostdur.

Qeyd edək ki, Rupert Merdok 1979-cu ildə Wall Street Journal, Times, Sun və New York Post qəzetlərinin daxil olduğu News Corporation media holdinqini təsis edib. Bundan əlavə, milyarder Fox News kanalı və 20th Century Fox televiziya şirkətinin, həmçinin bir sıra peyk operatorlarının və Dow Jones xəbər agentliyinin sahibidir. 2023-cü ilin sentyabrında media Merdokun Fox and News korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirdi. Onun yerinə oğlu Laklan Merdok keçib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti