Almaniya kanslerinin Brejnevə bağışladığı “Mercedes” satılır

   Almaniya kanslerinin Brejnevə bağışladığı “Mercedes” satılır
  02 İyun 2024    Oxunub:1500
Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə hədiyyə edilən Mercedes-Benz 450 SLC avtomobili satışa çıxarılıb. Bu barədə “Motor.ru” məlumat yayıb.
Avtomobil 1973-cü ildə SSRİ-yə gətirilib. Avtomobilin yürüşü azdır və velor salonda aşınma izi yoxdur.

Mercedes-in kapotunun altında 4,5 litr həcmə və 225 at gücünə malik atmosferli V8 mühərriki var. Avtomobilin təxmini qiyməti 20 milyon rubl təşkil edir.

Brejnevə hədiyyə edilən Mercedes-Benz Rusiyada yenidən qeydiyyata alınmayıb.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti