İsrail Qəzzaya hücum etdi: 10 fələstinli öldü

   İsrail Qəzzaya hücum etdi:    10 fələstinli öldü
  03 İyun 2024    Oxunub:571
İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində iki qaçqın düşərgəsinə hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 10 fələstinli həyatını itirib.
AzVision.az "Haber Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər yaralanıb.

İsrailin bombaladığı evlərin dağıntıları altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, 2023-cü ilin 7 oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ən azı 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 439 fələstinli həyatını itirib, 82 min 627 nəfər isə yaralanıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti