“Bu gün binalar öz-özünə uçursa...” - Professor

   “Bu gün binalar öz-özünə uçursa...” -    Professor
  03 İyun 2024    Oxunub:672
"Küçükçekmece zəlzələdə ən çox zərər görə biləcək ərazidir. Əgər bu gün binalar öz-özünə uçursa, sabah zəlzələ zamanı nə olacağını təsəvvür edə bilmirəm".
AzVision.az xəbər verir ki, bu barədə türkiyəli professor Naci Görür İstanbulun Küçükçekmece rayonunda uçan bina ilə bağlı sosial şəbəkədə yazıb.

O deyib ki, İstanbuldakı dövlət qurumları zəlzələyə hazırlıqlı olduğunu desə də, hələlik planlı və ciddi işlərə başlanılmayıb.

Xatırladaq ki, İstanbulun Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində naməlum səbəbdən üçmərtəbəli bina çöküb.

Çökmə nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 8 nəfər xəsarət alıb. Bina sahibi saxlanılıb.

Həmidə İbrahimova
AzVision.az





Teqlər:





Xəbər lenti