Tacikistanlı hərbçilər Bakıda

Tacikistanlı hərbçilər Bakıda
  03 İyun 2024    Oxunub:620
Azərbaycan və Tacikistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim olunub. Qırx dörd günlük Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin rolu haqqında məlumat verilib, pilotsuz uçuş aparatlarından istifadəyə dair fikir mübadiləsi aparılıb. Eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Plana uyğun olaraq, Tacikistan nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.

Tacikistanlı qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti