Hindistanda anomal istilərdə 60-a yaxın insan həyatını itirib - FOTOLAR

   Hindistanda anomal istilərdə 60-a yaxın insan həyatını itirib -    FOTOLAR
  03 İyun 2024    Oxunub:829
Son üç ay ərzində Hindistanda, xüsusilə də paytaxt Dehli şəhərində, habelə Racastan ştatında 50 dərəcəyə çatan anomal isti hava şəraiti nəticəsində 25 minə yaxın şəxs günvurmaya məruz qalıb, 56 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Hindistanın Milli Xəstəliklərə Nəzarət Mərkəzinin statistik məlumatında vurğulanır. Bildirilir ki, təkcə may ayı ərzində 19 min günvurma halı qeydə alınıb ki, onlardan 46-sı ölümlə nəticələnib.

Mütəxəssislərin mütəmadi vurğuladıqları kimi, əsasən insan amili hesabına yaranan iqlim dəyişikliyi Cənubi Asiyada yay mövsümünün həddən artıq qızmar keçməsinə gətirib çıxarıb.

Hindistanın şimalında Uttar-Pradeş, Bihar, şərqində isə Orissa ştatlarında 33 nəfər, o cümlədən ölkədə yenicə başa çatan ümumi seçkilərin məmurları günvurma əlamətləri nəticəsində dünyasını dəyişiblər.

Maraqlıdır ki, ölkənin şərqində isə baş verən siklon nəticəsində güclü yağışlar fəsadlar törədir. Şimal-şərqdə yerləşən Assam ştatında şiddətli yağıntı 14 nəfərin ölümü ilə nəticələnib.

Eyni zamanda, ölkənin Fəlakətlərin İdarəedilməsi Mərkəzinin məlumatına görə, Şri-Lankada da ağır musson yağışları səbəbi ilə baş verən daşqın və torpaq sürüşməsi hadisələrində 15 insan həyatını itirib.

Bildirilir ki, bu həftə ərzində istilik dalğaları nisbətən zəifləyəcək və musson yağışları hesabına temperatur normallaşacaq. Hərçənd günvurma hallarının artacağı da istisna deyil.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Hindistan   temperatur   anomal-istilər  





Xəbər lenti