Qallant: "Müharibə başa çatdıqda HƏMAS dağıdılmalıdır"

   Qallant:    "Müharibə başa çatdıqda HƏMAS dağıdılmalıdır"
  03 İyun 2024    Oxunub:659
"Qəzzada müharibə hansısa razılaşma əsasında başa çatarsa, HƏMAS qruplaşması mülki, ya hərbi idarəçi kimi qala bilməz".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant söyləyib.

Nazir həmçinin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında da "terror qruplaşmasına alternativ idarəçinin müəyyənləşdirməsi" ilə bağlı fikir mübadiləsi aparıb.

Blinken, eyni zamanda, İsrailin hərbi kabinetinin üzvü Beni Qantsla da telefonla danışıb. Qants HƏMAS tərəfindən əsir götürülmüş israillilərin təhlükəsiz şəraitdə azadlığa buraxılması üçün ABŞ-nin dəstəyinin vacibliyini dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   HƏMAS  





Xəbər lenti