Mixaylonun Anjelikası ABŞ-da öldü

   Mixaylonun Anjelikası ABŞ-da öldü
  03 İyun 2024    Oxunub:1538
Məşhur sovet aktrisası, “Uzaq sahillərdə” filmində Anjelika obrazı ilə məşhurlaşan Aqniya Yelikoyeva 94 yaşında ABŞ-da vəfat edib.
Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda Lensovet teatrında müxtəlif rollarda oynayıb. Teatr fəaliyyəti ilə yanaşı Aqniya Yelikoyeva SSRİ-də çəkilən “Ovod”, “Vətəndən uzaqlarda”, “Vəkil” adlı filmlərdə müxtəlif rollar oynayıb.

Azərbaycanlı tamaşaçı Aqniya Yelikoyevanı rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilən məşhur “Uzaq sahillərdə” filmindən tanıyıb və sevib. Aqniya Yelikoyevanın “Uzaq sahillərdə” filmində canlandırdığı Anjelika rolunu azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib.

Aktrisanın kino karyerası 1953-cü ildən, 1988-ci ilə qədər davam edib. SSRİ dağılan dövrdə, 90-cı illərin əvvəllərində aktrisa Sovet İttifaqını tərk edərək həmişəlik ABŞ-a köçüb orada yaşamağa başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti