Trampa qarşı çıxan Robert de Niro mükafatdan məhrum qaldı

   Trampa qarşı çıxan Robert de Niro mükafatdan məhrum qaldı
  03 İyun 2024    Oxunub:768
ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı müxalif mövqeyi ilə tanınan dünyaca məşhur kino aktyoru Robert de Niro ötən günlərdə baş tutan sərt nitqi səbəbi ilə Milli Yayımçılar Assosiasiyasının liderlik müfakatından məhrum edilib
AzVision.az xəbər verir ki, assosiasiya bu qərarın səbəbini açıqlamayıb.

Məşhur aktyor isə "The Hill" qəzetinə müsahibəsində "qərara etiraz bildirmədiyini və qurumdan incimədiyini" dilə gətirib.
Robert de Niro: "Tramp təlxəkdir" - FOTO/VİDEO

Xatırladaq ki, Robert de Niro ötən günlərdə ABŞ Prezidenti Co Baydenin seçki kampaniyası çərçivəsində Nyu-Yorkun Aşağı Menhetten rayonunun məhkəməsi qarşısında baş tutan mətbuat konfransında çıxışı zamanı Trampın prezidentliyə namizədliyinə qətiyyətlə qarşı çıxdığını vurğulayaraq, onu "təlxək" adlandırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Robert-de-Niro   Tramp   mükafat  





Xəbər lenti