Misir XİN: "Qəzza ilə sərhədə kənar müdaxilə yolverilməzdir"

   Misir XİN:    "Qəzza ilə sərhədə kənar müdaxilə yolverilməzdir"
  03 İyun 2024    Oxunub:783
"Sinay yarımadası ilə sərhəddə yerləşən Rəfəh sərhəd-keçid məntəqəsinin fəaliyyətində Fələstin hökumətinin iştirakı zəruridir".
AzVision.az xəbər verir ki, bu sözləri Misirin xarici işlər naziri Sameh Şükri ispaniyalı həmkarı Xose Manuel Albares ilə Madriddə görüşü zamanı dilə gətirib.

O, dolayı yolla Qəzza zolağının cənubunda, yəni Misirlə sərhəddə İsrailin mövcudluğunu yolverilməz sayıb.

Nazirin Madridə səfəri bu ölkənin rəsmi şəxsləri ilə məhz Fələstin problemi üzrə danışıqlar aparmaq məqsədi daşıyır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Misir   Qəzza   İsrail  





Xəbər lenti