Saxta əlilliklə bağlı cinayət işi başlanıb

Saxta əlilliklə bağlı cinayət işi başlanıb
  03 İyun 2024    Oxunub:776
Göygöl rayon sakininə saxta əlillik dərəcəsi təyin edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Göygöl rayon prokurorluğu məlumat yayıb. Göygöl rayon sakini Murad Məhərrəmova qanunsuz yolla əlillik təyin olunması ilə bağlı daxil olmuş vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Murad Məhərrəmovun “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu”nda stasionar və ambulator müalicə olunmadığı halda, guya 19.05.2016-cı il tarixdən 11.07.2016-cı il tarixədək “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu”nda stasionar müalicədə olmasını göstərən xəstəlik tarixindən saxta çıxarışı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasına təqdim etməsinə, qeyd olunan tibb müəssisəsinin həkim məsləhət komissiyasının, eləcə də 24 saylı Goranboy Tibbi-Sosial Ekspert Komissiyasının həmin vaxt çalışan vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Murad Məhərrəmova qanunsuz əlillik dərəcəsi təyin etmək məqsədilə müvafiq tibbi sənədləri mərkəzləşdirilmiş informasiya sisteminə daxil etməsinə və nəticədə vətəndaşa 05.10.2016-cı il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən 17 min manatdan artıq pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti