İrəvanın rəisi keşiş və etirazçıların qarşısına içkili halda çıxdı - VİDEO

 İrəvanın rəisi keşiş və etirazçıların qarşısına içkili halda çıxdı    - VİDEO
  03 İyun 2024    Oxunub:818
Ermənistanda vəziyyət gərgin olaraq qalır.
AzVision.az xəbər verir ki, "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının rəhbəri arxiyepiskop Baqrat Srbazan bu gün səhər saatlarından başlayaraq etirazçıları İstintaq Komitəsinin qarşısına toplayıb. Aksiya zamanı polislərlə narazı vətəndaşlar arasında insidentlər də yaşanıb.

İrəvanda etirazçılar əllərini zəncirlədilər - VİDEO(FOTOLAR)
"Mamul" nəşrinin yaydığı məlumata görə, İrəvan şəhər polis şöbəsinin rəisi general-mayor Sevan Köçəryan itaətsizlik aksiyasına nəzarət etmək üçün əraziyə içkili vəziyyətdə gəlib. Yayılan videogörüntülərdə onun ayaq üstə zorla durması əks olunub.

Maraqlıdır ki, rəis ona yaxınlaşan keçmiş deputat Gevorq Petrosyanı sərxoş olmaqda ittiham edib.

Amma saytlar rəisin özünün narazı vətəndaşlarla görüş yerinə bilərəkdən içkili vəziyyətdə gəldiyini yazıb. Hətta Baqrat Srbazan səsgücləndiricini əlinə alaraq general-mayoru yalan danışmamağa çağırıb: “Bu nə ittihamdır? Eyni şəkildə, insanlar polis əməkdaşlarının narkotikin təsiri altında olduğunu da deyə bilərlər".

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sərxoş   Etiraz  





Xəbər lenti