Qəzzada ölənlərin sayı 37 minə yaxınlaşır

   Qəzzada ölənlərin sayı 37 minə yaxınlaşır
  03 İyun 2024    Oxunub:688
Ötən ilin 7 oktyabrında başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində Qəzza zolağında ölənlərin sayı 36 479-a çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xəsarət alanlar isə 82 777 nəfərdir.

Son sutka ərzində 40 fələstinli öldürülüb, 150-si yaralanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   itki  





Xəbər lenti