Polşada Rusiyaya casusluq etdiyi üçün saxlanılanların sayı açıqlandı

Polşada Rusiyaya casusluq etdiyi üçün saxlanılanların sayı açıqlandı
  03 İyun 2024    Oxunub:683
Polşada 2023-cü ilin dekabr ayından etibarən 18 vətəndaş Rusiya ilə Belarusun xeyrinə casusluqda ittiham olunaraq saxlanılıb və ya həbs edilib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Tomaş Semonyak deyib.

“Daxili təhlükəsizlik orqanının və ölkə polisinin xeyli uğurlu fəaliyyəti sayəsində 10 nəfər hazırda həbsdədir. Ötən ilin dekabrından indiyədək isə həbs edilənlərin ümumi sayı 18 nəfərdir”, - nazir qeyd edib.

Semonyakın sözlərinə görə, saxlanılanların hamısı Polşa ərazisində təxribat aktları planlaşdırmaqda və ya törətməyə cəhddə ittiham olunurlar.

O, söhbətin Rusiya və Belarus kəşfiyyat xidmətləri ilə birbaşa əməkdaşlıq etdiyi satqınlardan getdiyini deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti