Ukrayna səfiri: "Ölkələrimiz arasında ticarət uğurla inkişaf edir"

   Ukrayna səfiri: "Ölkələrimiz arasında ticarət uğurla inkişaf edir"
  03 İyun 2024    Oxunub:1053
"Ukrayna ilə Azərbaycan arasında ikitərəfli ticarətdən danışarkən kənd təsərrüfatı məhsullarının tədarükünün qarşılıqlı artımını, o cümlədən yüksək keyfiyyətli Ukrayna məhsullarının Azərbaycana, tərəvəz və meyvələrin tədarükünün də Ukraynaya artımını xüsusilə qeyd etmək lazımdır".
AzVision.az xəbər verir ki , bunu Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev brifinqdə bildirib.

O, bir sıra digər sahələrdə də ticarətin uğurla inkişaf etdiyini vurğulayıb:

"Ukrayna və Azərbaycan ixracatçıları logistikanın optimallaşdırılmasında və sadələşdirilməsində maraqlıdırlar. Ukraynanın iştirakı ilə Orta Dəhlizin inkişafı yüksək qarşılıqlı maraq doğurur".

AzVision.az


Teqlər: ukranya   azərbaycan   səfir  





Xəbər lenti