"Ukrayna bizim üçün döyüşmür" - Macarıstan XİN

   "Ukrayna bizim üçün döyüşmür"    -    Macarıstan XİN
  03 İyun 2024    Oxunub:717
Macarıstan iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan Qlobal sülh sammitində iştirak edib-etməyəcəyinə dair hələ qərar verməyib.
AzVision.az xəbər verir ki, bunu ONT telekanalına müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Macarıstan İsveçrənin sülhə nail olmaq səylərinə hörmətlə yanaşır, lakin "müharibənin tərəfləri olmadıqda” sülh konfransının məntiqli olub-olmamasına şübhə edir. "Əgər müharibənin hər iki tərəfi təmsil olunmursa, məncə, bütün konfransın son məqsəd, yəni sülh istəyi baxımından məna kəsb edib-etməməsi qanuni sualdır. Ona görə də biz hesab edirik ki, hər iki tərəf masa arxasında oturursa sülh konfransı real məna kəsb edər və sülh üçün daha çox ümid verərdi”, - Macarıstanın xarici işlər naziri bildirib.

Siyarto qeyd edib ki, Budapeşt Rusiyanın Ukraynaya qarşı müharibəsini "özünün müharibəsi” hesab etmir. O qeyd edib ki, avropadakılar da müharibə vəziyyətində olduqlarına inanırlar. Lakin onun sözlərinə görə, Macarıstanda "bunu hiss etmirlər”. "Rusiya bizə hücum etməyib. Biz müharibə vəziyyətində deyilik. Ukrayna bizim üçün döyüşmür. Əgər bizə hücum edilsəydi, vəziyyət başqa cür olardı. Lakin Avropa İttifaqının digər dövlətləri kimi bizə hücum edilməyib”, - Siyarto bildirib.
O, əlavə edib ki, Macarıstanın hərbi təhlükə altında olmadığı təqdirdə müharibəni niyə "özününkü” hesab etməsini başa düşmür.

Xatırladaq ki, iyunun 15-16-da İsveçrədə ölkə liderləri səviyyəsində qlobal sülh sammiti keçiriləcək. Rusiya sammitə dəvət edilməyib. Ukrayna prezidenti Zelenskinin sözlərinə görə, 106 ölkə sammitdə iştirakını təsdiqləyib, lakin Rusiya ilə yanaşı Çində sammiti pozmağa çalışır.

AzVision.az


Teqlər: ukranya   Macarıstan   XiN  





Xəbər lenti