Tramp Boris Consona təşəkkür etdi

   Tramp Boris Consona təşəkkür etdi
  03 İyun 2024    Oxunub:940
ABŞ prezidentliyinə namizəd Donald Tramp Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona verdiyi dəstəyə və mühakimə olunduqdan sonra cinayət təqibini tənqid etdiyinə görə təşəkkür edib.
AzVision.az xəbər verir ki, bu barədə "Politico” yazıb.

"Təşəkkür edirəm, Boris Conson!", deyə Tramp "Truth” sosial şəbəkəsində yazıb.

O, həmçinin Britaniyanın keçmiş baş nazirinin şərhlərindən parçalar dərc edib.

Consona görə, ABŞ liberal elitaları Trampın seçki kampaniyasına müdaxilə etmək üçün ağlına gələn hər şeydən istifadə ediblər. Conson bildirib ki, Respublikaçının rəqibləri onun davamlı populyarlığı və seçicilərlə ortaq dil tapmaq bacarığı ilə barışa bilmirlər.

Siyasətçi onu da vurğulayıb ki, Trampın prezidentlik müddəti hesab ediləndən daha uğurlu olub və onun rəqibləri ABŞ-da keçiriləcək prezident seçkilərində ona müdaxilə etməməlidir.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç demişdi ki, dövlət başçısı vəzifəsinə namizəd Donald Trampın porno ulduz Stormi Danielsə susmağa görə ödənişləri gizlətmək üçün saxta sənədlərdə ittiham olunaraq məhkum edilməsi onu daha da gücləndirəcək.

AzVision.az



Teqlər: Tramp   Conson   dəstək  





Xəbər lenti