Finlandiya prezidenti seçkilərdə erkən səs verib

   Finlandiya prezidenti  seçkilərdə erkən səs verib
  03 İyun 2024    Oxunub:1002
Finlandiya Prezidenti Aleksander Stubb Avropa Parlamentinə seçkilərdə erkən səs verib.
AzVision.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bazar günü Aİ-də vacib seçkilər keçiriləcək. Süzanna (həyat yoldaşı Süzanna İnnes-Stubb) ilə mən erkən səs vermək üçün seçki məntəqəsinə getdik. Çoxlu yaxşı namizəd var. Ümid edirəm ki, öz istədiyinizi tapa biləcəksiniz”, - o, paylaşımında vurğulayıb.

AP-yə seçkilər üçün erkən səsvermə mayın 29-dan iyunun 4-dək keçirilir. Finlandiya Ədliyyə Nazirliyinin məlumatına görə, beş gün ərzində seçicilərin 16,6 faizi səs verib. AP-də 15 yer uğrunda 232 fin namizəd mübarizə aparır.

AzVision.az


Teqlər: Finlandiya   AB   Seçkilər  





Xəbər lenti