TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

   TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək
  03 İyun 2024    Oxunub:1257
İyunun 5-6-da Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunan 13-cü Plenar İclası keçiriləcək.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki , tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində Assambleya Şurasının toplantısı, TÜRKPA-nın 13-cü Plenar İclası, Qadın və Gənc Parlamentarilər qruplarının iclasları, TÜRKPA çərçivəsində parlament baş katiblərinin birinci görüşü və yekunda mətbuat konfransı keçiriləcək.

AzVision.az



Teqlər: TÜRKPA   İCLAS  





Xəbər lenti