Fidan çinli həmkarı ilə görüşüb - FOTO - YENİLƏNİB

Fidan çinli həmkarı ilə görüşüb -    FOTO - YENİLƏNİB
  04 İyun 2024    Oxunub:1059
Türkiyənin XİN rəhbəri Hakan Fidan və çinli həmkarı Van Yi birgə mətbuat konfransı keçiriblər.
AzVision.az xəbər verir ki, Fidan öz çıxışında Türkiyə və Çin arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu dilə gətirib.

Nazir həmçinin Qəzza zolağında müharibənin həllinə Türkiyə və Çinin ortaq perspektivdən yanaşdığını vurğulayıb.

"Qəzzada atəşkəs razılaşması üçün Çinlə birlikdə işlər aparırıq", - o bildirib.

* * *

09:40
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri çərçivəsində paytaxt Pekində ölkənin vitse-prezidenti Han Çen, ardınca isə öz həmkarı Van Yi ilə görüşüb.
AzVision.az xəbər verir ki, nazirlər qarşılıqlı əlaqələrlə yanaşı Qəzza zolağındakı müharibənin cari vəziyyəti barədə də fikir mübadiləsi aparıblar. Onların görüşün yekununda birgə mətbuat konfransı gözlənilir.

Hakan Fidan Pekində görüşlərini tamamlayaraq, Sincan-Uyğur Muxtar Rayonunun Urumçi və Qaşqar şəhərlərinə baş çəkəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Çin   nazir   səfər  





Xəbər lenti