San-Fransiskoda Fələstin tərəfdarları saxlanılıblar - FOTOLAR

San-Fransiskoda Fələstin tərəfdarları saxlanılıblar -    FOTOLAR
  04 İyun 2024    Oxunub:708
ABŞ-nin qərbində yerləşən San-Fransisko şəhərində İsrail konsulluğuna hücum çəkən 70 Fələstin tərəfdarı tutulub.
AzVision.az xəbər verir ki, bu barədə San-Fransisko şəhər polis idarəsi məlumat yayıb.

İsrail konsulluğunu bir neçə saat nəzarətdə saxlayan nümayişçilər polisin tələbinə baxmayaraq binanı boşaltmayıblar. Onlar binanın girişinə İsrailin Qəzzaya qarşı müharibəsini dayandırmağa çağıran lövhələr asıb, şüarlar səsləndiriblər.

Polis binaya əməliyyat həyata keçirərək etirazçıları saxlayıb. Hərçənd onlar tezliklə sərbəst buraxılıblar.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: ABŞ   Fələstin   Qəzza   nümayiş  





Xəbər lenti