Meksikada meri güllələdilər

Meksikada meri güllələdilər
  04 İyun 2024    Oxunub:832
Meksikanın Miçoakan ştatında Kotixa şəhərinin meri Yolanda Sançes Fiqeroanı güllələyiblər.
AzVision.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə iyunun 3-də Meksikanın qərbində baş verib. Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir ki, əyalət hakimiyyəti “Kotiya bələdiyyəsinin rəhbərii (meri) Yolanda Sançes Fiqeroanın qətlini” pisləyib.

Agentlik yerli mətbuata istinadən yazır ki, Sançesə qarşı sui-qəsd yolda təşkil olunub, cinayətkarların tutulması üçün əməliyyat aparılır.
Sançes 2021-ci ildən şəhərə rəhbərlik edir və 2023-cü ilin sentyabrında qaçırılmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti