"Bu, Türkiyə və Azərbaycanın növbəti ümumi uğuru olacaq" - Ərdoğan

   "Bu, Türkiyə və Azərbaycanın növbəti ümumi uğuru olacaq" -    Ərdoğan
  04 İyun 2024    Oxunub:638
"Türkmənistanda hasil edilən qazın birgə səylərimizlə Türkiyə və Avropaya nəqli və TANAP-ın imkanlarının genişləndirilməsi indi yalnız zaman məsələsidir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində deyib. Ərdoğanın mrücaiətini enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

Ərdoğan Türkiyə ilə Azərbaycanın hər sahədə olduğu kimi enerji sahəsində də güclü əlaqələrinin olduğunu vurğulayıb.

“Uzun illərlə davam edən və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur sərmayələri ilə taclanan əməkdaşlığımız nəinki Türkiyə və Azərbaycana fayda gətirdi, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyi mühüm töhfələr verdi.

Türkmənistanda hasil edilən qazın birgə səylərimizlə Türkiyə və Avropaya nəqli və TANAP-ın imkanlarının genişləndirilməsi indi yalnız zaman məsələsidir. Bu məsələlərlə bağlı apardığımız işlərin tezliklə öz bəhrəsini verməsi, şübhəsiz ki, Türkiyə və Azərbaycanın növbəti ümumi uğuru olacaq", -Ərdoğan bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti