Orban: "Aİ-nin Ukrayna üçün strategiyası iflasa uğrayıb"

      Orban:    "Aİ-nin Ukrayna üçün strategiyası iflasa uğrayıb"
  04 İyun 2024    Oxunub:742
"Zənnimcə, Tramp prezident seçilərsə, Ukrayna müharibəsində tərəfləri bircə gün içində atəşkəsə razılaşdırıb, danışıqlara başlaya bilər".
AzVision.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın "Il Giornale" qəzetinə müsahibəsində söyləyib.

"Unutmayaq ki, müharibəni insanlar aparır. Əgər istəsələr, sülh bağlamaq üçün də hər cür imkanları var. Tramp və Avropa İttifaqı Ukraynada müharibəni, həqiqətən, başa çatdırmaq istəsə idilər, bu, 24 saat ərzində öz həllini tapardı", - Orban vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının Ukrayna məsələsi üzrə strategiyası artıq taktiki baxımdan da iflasa uğrayıb.

"Başa düşmürük ki, əlimizdə odla oynayırıq. Özümüzə sual verməliyik: Avropanın strateji maraqları nədir? Bu çərçivədə atəşkəs tələbi irəli sürməliyik. Vətəndaşlarımız siyasi oyuna çevrilmiş müharibədən beziblər, artıq sülh istəyirlər", - Orban deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Macarıstan   Ukrayna   müharibə   sülh  





Xəbər lenti