Almaniyada daşqınlar nəticəsində 4 nəfər ölüb - FOTOLAR

   Almaniyada daşqınlar nəticəsində 4 nəfər ölüb -    FOTOLAR
  04 İyun 2024    Oxunub:714
Almaniyanın cənubunda yerləşən Bavariya və Baden-Vürtemberq vilayətlərində yağan leysan güclü daşqınlar əmələ gətirib.
AzVision.az xəbər verir ki, adıçəkilən əyalətlərdə minlərlə sakin təhlükəsiz əraziyə köçürülüb.

Daşqından ən çox zərər görən Manxinq qəsəbəsində yüzlərlə insan çıxılmaz şəraitdə evlərinin yuxarı mərtəbələrinə çəkilməyə məcbur qalıb. Onların xilası üçün işlər aparılır.

Bavariya əyalətinin mərkəzi Münhen şəhərinin şimalına - daşqınlara məruz qalmış Reyxhertshofen qəsəbəsinə gələn Kansler Olaf Şolts təbiət hadisəsini getdikcə pisləşən iqlim dəyişikliyinə dair xəbərdarlıq kimi qiymətləndirib və yəqin ki, təkrarlanacağını vurğulayıb.

Hadisə nəticəsində ümumilikdə 4 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Almaniya   hadisə   daşqın  





Xəbər lenti