Peskov: "Moskva Ankaranın BRİKS-ə qoşulma istəyini alqışlayır"

    Peskov:    "Moskva Ankaranın BRİKS-ə qoşulma istəyini alqışlayır"
  04 İyun 2024    Oxunub:789
"BRİKS bütün maraq göstərən dövlətlərlə əlaqə saxlamağın tərəfdarıdır".
AzVision.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov mətbuata açıqlamasında deyib.

"Növbəti inteqrasiya sammitində Ankaranın BRİKS-ə qoşulmaq təşəbbüsü ilə bağlı müzakirə aparılacaq", - o bildirib.

Peskov həmçinin vurğulayıb ki, bir sıra Avropa ölkəsi Türkiyənin Aİ-yə qoşulmasının əleyhinədir, ona görə də Ankara BRİKS-i alternativ inteqrasiya platforması kimi nəzərdən keçirir.

Yeri gəlmişkən, iyunun 10-11-də Nijni Novqorodda BRİKS-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Türkiyə   BRİKS  





Xəbər lenti