Atasının çıxışı yaddan çıxdı, hamı oğlunu izlədi - VİDEO

  Atasının çıxışı yaddan çıxdı, hamı oğlunu izlədi -   VİDEO
  04 İyun 2024    Oxunub:1109
ABŞ-nin Respublikaçılar Partiyasının nümayəndəsi Con Rouzin oğlu atasının çıxışı zamanı etdiyi hərəkətlər izləyicilər tərəfindən maraqla qarşılanıb.
AzVision.az xəbər verir ki, bu haqda məlumatı “AP” paylaşıb.

Gülüş doğuran görüntülərdə aşağıdakı başlıq qeyd olunub:
“Yəqin ki, izləyicilərdən kimsə bir kəlmə də başa düşmədi. Onun arxasında baş verənlərə necə laqeyd qalmaq olar?”

Belə ki, çıxış zamanı 6 yaşlı Qay Rouz dilini çıxarmağa, gözlərini çəpləşdirməyə, başını tərpətməyə və barmaqları ilə müxtəlif jestlər etməyə başlayıb.

Məlumata görə, bu balaca oğlan ötən həftə bağçaya getməyə son verdiyi üçün, atası onu özü ilə Konqresə aparmaq məcburiyyətində qalıb.

Diplomat oğlunun performansını bu cür şərh edib:
“Oğlum Qaya kiçik qardaşı üçün kameraya gülümsəməyi tapşırmışdım. Aldığım nəticə budur”.



Aygün Xankişiyeva
AzVision.az



Teqlər:





Xəbər lenti