Qaluzin: "Qərbin Ukraynaya silah təchizatı münaqişəni qızışdırır"

    Qaluzin:    "Qərbin Ukraynaya silah təchizatı münaqişəni qızışdırır"
  05 İyun 2024    Oxunub:623
"Rusiya Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara açıqdır, lakin danışıqlar, yalnız hazırkı ərazi dəyişiklikləri tanınarsa, başlaya bilər".
AzVision.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Mixali Qaluzin "TASS"a açıqlamasında söyləyib.

"Ukrayna ilə dialoq bizim maraqlarımız əsasında aparılmalıdır. Böhranın hərtərəfli, davamlı və ədalətli həlli ilə bağlı mövqeyimiz dəyişməz qalır. Əvvəla ilkin səbəblər aradan qaldırılmalı, hazırkı geosiyasi və coğrafi reallıqlar tanınmalıdır. Eyni zamanda, Qərb Ukrayna Ordusunu silahlandırmağı dayandırmalı və Kiyev rejimi hərbi fəaliyyətinə son qoymalıdır", - diplomat vurğulayıb.

Qaluzin bildirib ki, Ukraynanın bir ucdan silahlandırılması münaqişəni qızışdıraraq, mülki əhali arasında itkilərin artmasına gətirib çıxarır. Onun sözlərinə görə, rəsmi Moskva belə bir silah təchizatını "terrorizm riski" sayır.

"Təəssüf ki, hələ də Avropa və ABŞ-də Rusiyanı "strateji məğlubiyyət"lə damğalamaq məqsədi güdən, öz ölkələrinin və xalqlarının maraqlarını kor-koranə qurban verməyə, onları uçurumun kənarına itələməyə hazır duran insanlar var", - nazir müavini fikrini yekunlaşdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Qərb   müharibə  





Xəbər lenti