Qazaxıstanda 3,7 milyard dollarlıq aktivlər dövlətə qaytarılıb

   Qazaxıstanda 3,7 milyard dollarlıq aktivlər dövlətə qaytarılıb
  05 İyun 2024    Oxunub:713
2022-ci ildən Qazaxıstan hakimiyyəti qanunsuz əldə edilmiş ümumi dəyəri təxminən 1,7 trilyon tenge (3,7 milyard dollardan çox) olan aktivləri dövlətə qaytarıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Qeyd olunub ki, 2022-ci ilin iyununda ölkə prezidenti Qasım-Jomart Tokayev Qazaxıstan vətəndaşlarının xaricdə qeyri-qanuni çıxardıqları vəsaitlərin geri qaytarılması ilə məşğul olacaq idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.

“Ümumilikdə, 2022-ci ildən iqtisadiyyatın inhisardan çıxarılması tədbirləri nəzərə alınmaqla, xaricdən 750 milyon dollardan çox vəsait daxil olmaqla, ümumilikdə 1,7 trilyon tengeyə yaxın aktiv dövlətə qaytarılıb.

Prokurorluğun müvafiq komitəsi tərəfindən çoxsaylı, o cümlədən mənşəyi məlum olmayan aktivlərlə bağlı iddialar qaldırılıb. Hazırda 11 milyon dollardan çox vəsaitin, 400 milyon tengelik (890 min dollardan çox) zərgərlik və mədəni sərvətlərin məcburi qaytarılması ilə bağlı məhkəmə qərarı artıq qüvvəyə minib.

Qazaxıstanda və xaricdə mindən çox aktiv və 600 milyard tenge (1,3 milyard dollar) dəyərində qiymətli kağızlar haqqında məlumatlar təhlil edilir. Ölkədə və digər ölkələrdə 340-dan çox bank hesabı açılıb. Təxminən 2 trilyon tenge (4,4 milyard dollar) dəyərində şübhəli əməliyyatlar yoxlanılır”, - məlumatda deyilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti