İsraildə əsirlərin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib - FOTOLAR

 İsraildə əsirlərin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib -  FOTOLAR
  05 İyun 2024    Oxunub:882
İsrailin Tel-Əviv şəhərində Qəzzada HƏMAS tərəfindən əsir saxlanılan israilli şəxslərin azadlığa çıxarılması üçün danışıqlar və atəşkəs tələbi ilə nümayiş baş tutub.
AzVision.az xəbər verir ki, nümayişçilər şüarlar yazılmış plakatlarla şəhərin mərkəzi küçələrinə axışıblar.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülən atəşkəs və əsirlərin azadlığa buraxılması üzrə təklif İsrailin Baş naziri Benyamin Netanyahunun sağçı hökumət nümayəndələri tərəfindən yekdilliklə qarşılanmır. Bu, hökumət daxilində gərginlik yaratmaqdadır.
Qətər XİN: "Tərəflərdən aydın mövqe gözləyirik"

Yeri gəlmişkən, ötən gün İsrail-HƏMAS müharibəsinin həlli ilə bağlı danışıqlarda vasitəçi rolunu oynayan Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü də məhz bu nöqtəyə toxunaraq, həm bütün İsrail hökumətindən, həm də HƏMAS-dan atəşkəs təklifi ilə bağlı aydın mövqe gözlədiklərini diqqətə çatdırmışdı.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər:   İsrail   ABŞ   Qəzza   atəşkəs  





Xəbər lenti